Rusiyada yeni lazer silahları yaradılıb - FOTO

Müdafiə nazirinin müavini Aleksey Krivoruçko “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibədə Rusiyada pilotsuz təyyarələrlə mübarizə məqsədi ilə lazer sistemlərinin yaradıldığını söyləyib. Bu lazer sistemi düşmənin pilotsuz uçan aparatlarına, optik-elektron vasitələrinə və sair hücum silahlarına qarşı daha bir (“Peresvet" kompleksindən başqa- Red.) lazer kompleksidir.

Sistem alçaq və son dərəcə aşağı hündürlüklərdə kiçik və aşağı sürətli düşmən pilotsuz təyyarələrini izləyir və hərbi hava hücumundan müdafiə zenit raket sistemləri ilə onlara rəhbərlik edir.

Krivoruçkoya görə, pilotsuz təyyarələrin elektron avadanlığının funksional şəkildə məhvi üçün radiotezlik kompleksi də hazırlanıb. Nazir müavini 2019-cu ilin sonundan bəri bütün “Peresvet” lazer komplekslərinin döyüş növbətçiliyi aldığını xatırladıb.

Rusiya dövlət başçısı Vladimir Putin 1 mart 2018-ci il tarixdə Federal Məclisə göndərdiyi məktubda “Peresvet” döyüş lazer sistemi də daxil olmaqla ən yeni rus strateji silah növlərini elan etmişdi. Daha sonra Müdafiə naziri Sergey Şoyqu, “Peresvet” kompleksinin qurğularının 2018-ci il dekabrın 1-dən təcrübə döyüş növbətçiliyində olduğunu bildirmişdi.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə