“Lada Niva”-nin yeni modeli- “Travel” nümayiş olundu - FOTO-VİDEO

AvtoVAZ özünün yeni modeli olan Lada Niva Travel-ın salonunu nümayiş etdirib, bundan əvvəl isə yeni modelin xarici hissəsi nümayiş olunmuşdu

SUİA xəbər verir ki, AvtoVAZ şirkəti Facebook səhifəsində yenilənmiş Lada Niva SUV avtomobilinin salonunu ətraflı göstərən bir video yayımladı. Avtpmobilin salonu Chevrolet Niva-nın salonuna oxşayır, lakin bəzi yeniliklər edilib. Yolsuzluq avtomobili multimedia sisteminin rəngli ekranı ilə təchiz edilmişdir. Avtomobilin xarici hissəsi daha çox dəyişikliklərə məruz qalıb. Avtomobil relyefli kapota, pətək naxışlı yeni bir radiator barmaqlığı, şaquli oldinqlər, ön optiklə təchiz olunmuşdur. Rəsmi olaraq "AvtoVAZ"-ın yeni modeli olan “Niva Travel”in texniki xüsusiyyətləri hələ açıqlanmayıb. Lakin YouTube kanalındakı rəsmi “Lada Club” kanalı video icmalda avtomobilin əsas xüsusiyyətlərini açıqlayıb. Restaylinq SUV 5 pilləli mexaniki sürət qutusu, cüt lent ötürmə qutusu və kilidləmə mərkəzi diferensiyası ilə birlikdə işləyən 1.7 litrlik 80 at gücünə malik mühərriklə təklif ediləcək.

Xatırladaq ki, 2019-cu ilin sonunda AvtoVAZ “General Motors” ilə ortaq müəssisəsi olan “GM-Avtovaz”-ın səhmlərinin 50 faizini Şimali Amerika şirkətindən tamamilə alması barədə razılığa gəlib. Bundan sonra bu müəssisədə istehsal olunan model Lada logosu ilə dəyişdirilib. İndi isə Avtovaz əvvəlki modelin bazası üzərində yeni modelin hazırlanmasını təşkil edib. Yeni modelin satışına gələn il başlanılması planlaşdırılır. 2 komplektasiyada təklif olunacaq Niva Travel modelinin 700-800 min rus civarında (17-18 min manat) civarında satılacağı bildirilir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə