“Orion” "Bayraktar"a rəqibmi? - FOTO

Rusiya Müdafiə Nazirliyi öz veb saytında müasir silah nümunələrinin yer aldığı 2021-ci il üçün bir təqvim yayımlayıb və “Orion” pilotsuz təyyarəsinin zərbə versiyasının şəklini ilk dəfə rəsmi olaraq təqdim edib.

SİA xəbər verir ki, şəkildə "İnoxodets" eksperimental mərkəzində hazırlanmış PUA-nın bir neçə KAB-20 aviabombası ilə təchiz olunmuş versiyası nümayiş olunub. 21 kiloqram ağırlığında olan avibombalardan başqa, 7 kiloqramlıq yüksək partlayıcı parçalanma başlığı, peyk və ya lazerlə görünüş sistemləri ilə təchiz olunan “Orion-3” zirehli maşınların və düşmən personalının yüksək dəqiqliklə məhvi üçün nəzərdə tutulub. Pilotsuz təyyarə səhra kamuflyajında ​​təqdim olunub.

Agentliyin təqvimində həmçinin, “Oxotnik” ağır zərbə dronunun və 5-ci nəsil Su-57 qırıcısının, “Borey” sinifi sualtı qayığının, “T-90M Prorıv” tankının, “BMP Armata” və digər müasir hərbi texnologiyaların fotoşəkilləri yer alıb.

"Orion" proyekti

Layihə 2011-ci ildə Müdafiə Nazirliyinin sifarişi ilə başlanıb. “Orion” PUA-sı uzun uçuş müddəti olan orta hündürlüklü nəqliyyat vasitələri sinfinə aiddir - təxminən 8 min metr hündürlükdə ən azı 1 sutka havada qala bilir. PUA-nın 1100 kiloqramdır, faydalı yükü 250 kiloqramdır.

İlk prototip 2015-ci ildə düzəldilib və növbəti il ​​sınaqlara başlayıb. MAKS-2017 hava şousunda ixrac versiyası təqdim edilib.

Müdafiə Nazirliyi ilə “Kronstadt” şirkəti arasında “Orion” pilotsuz təyyarələrinin tədarükü üçün ilk sazişin imzalanması Ordu-2020 forumunda məlum olub. Pilotsuz kompleksin ilk dəsti 2020-ci ilin aprelində eksperimental hərbi əməliyyata verilib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə