Rusiya Aerokosmik Qüvvələri Su-57-nin ilk seriyalı partiyasını qəbul edib

SİA-nın məlumatına görə, Su-57-lər döyüş növbəsinə girməzdən əvvəl Aktubinskdəki Dövlət Uçuş Test Mərkəzində sınaqdan keçiriləcək.

Rostekin rəhbəri Sergey Çemezovun dediyi kimi, bundan əvvəl Aerokosmik Qüvvələr 10 Su-57-dən ibarət eksperimental partiyanı qəbul edib. 2019-cu ilin yayında imzalanan müqavilə çərçivəsində bütün orduya ümumilikdə 76 ədəd Su-57 təhvil verməlidir.

Su-57 hər növ hava və yerüstü hədəfləri məhv etmək üçün hazırlanmış 5-ci nəsil döyüş təyyarəsidir. İlk uçuşunu 2010-cu ildə edib. Su-57 yüksək manevr qabiliyyətinə, ən yeni radioelektron sistemlərə və çox zəif aşkarolunma texnologiyasına malikdir. Textiki-taktiki göstəricilərinə görə dünyanın ən güclü döyüş təyyarəsi hesab edilir. Su-57 texniki parametrlərinə və döyüş imkanlarına görə, yeganə rəqibi olan ABŞ F-35-lərini üstələyir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə