Apple şirkəti iPhone 12 smartfonunu təqdim edib

Apple şirkəti iPhone 12 Pro da daxil olan yeni bir smartfon seriyasını təqdim etdi.

SİA-nın məlumatına görə, seriyanın ən yaxşı cihazları baza seriyasından genişləndirilmiş ekran, üçqat kamera və böyük bir operativ yaddaş ilə fərqlənir.

IPhone 12 Pro modeli 6,1 düym, iPhone 12 Pro Max isə 6,7 düym OLED ekran təchiz olunub.

Bundan əlavə, smartfonlar 5G mobil şəbəkəsini də dəstəkləyəcəklər. Cihaz iki kamera ilə təchiz olunub və düz kənarlarına görə “iPhone 4” və “iPhone 5” modellərini xatırladır.

Bütün xəbərlər Facebook səhifəmizdə