"Xiaomi” korporasiyası ilk 8K televizorunu satışa çıxaracaq

"Xiaomi" ilk smart-televizorunu təqdim edib. Mi TV Lux Ultra televizorunun displeyi 7680 х 4320 piksel və ya 8K-dır. Bu barədə "Fonearena" məlumat yayıb. SİA "RİA Novosti" saytına istinadla xəbər verir ki, 82 düymlü ekran ən yeni miniLED texnologiyası əsasında hazırlanıb. Qurğu 60 hers yenilənmə tezliyinə malikdir. Panelin parlaqlığı 2000 nitdir. Mi TV Lux Ultra böyük miqdarda simli və simsiz interfeyslərlə dəstəklənir. Bundan başqa, o, beşinci nəsil mobil şəbəkələrində işləyə bilər. Televizorda 256 Gb yaddaş qurğusu var. Smart-funksiyalar ОС Android əsasında işləyir. Televizorun Çin bazarında qiyməti 50 min yuandır. Satışa oktyabrın 21-dən başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...