İnternetdə işıq sürəti əldə olunub

Böyük Britaniyanın London Universitetinin internet texnologiyası üzrə mütəxəssisləri internetin sürətində yeni dünya rekordu əldə ediblər. SİA xəbər verir ki, alimlər internet trafikində 178 terabayt (178 trilyon bayt) /saniyəlik sürətə nail olublar, bu da ümumi istifadə olunan internet şəbəkəsinin ən yüksək sürəti 10 Gbt/s-dan 17 800 dəfə artıqdır.

Yeni əldə edilən sürət həddilə "Netflix" servisinin bütün kitabxanasını bir saniyədən də tez yükləmək mümkündür. Əvvəlki rekord isə yaponiyalı mütəxəssislər tərəfindən 2018-ci ildə əldə edilən 150 tbt/saniyədir.

Yeni sürətin geniş tətbiqi üçün bütün mövcud infrastrukturu dəyişdirmək lazım gəldiyi üçün bu, hələlik sırf elmi nəzəri əhəmiyyətə malik nailiyyət olaraq qalır. Hərçənd London Universitetinin həmin mütəxəssislər qrupu bu istiqamətdə müəyyən layihələr üzərində də çalışır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə