"Google maps" xəritələri üzərində dəyişikliklər edəcək

"Google maps" xəritələri üzərində dəyişikliklər etməyə hazırlaşır. Bu dəyişikliyin 220 ölkə ərazisində tətbiq olunacaqı gözlənilir. Bildiyiniz kimi Google xəritələri, peykdən alınan görüntülər əsasında formalaşır.

SİA xəbər verir ki, hazırda tətbiq ediləcək dəyişiklikər "rəng nümayişinin üçün yeni alqoritmik texnikası" adlanır. Onun sayəsində xəritələrin dizaynı bir qədər yenilənəcək.

Bunun yekun nəticəsi olaraq təbiətin xüsusiyyətləri arasındaki fərqləri, məsələn qarlı zirvələr və sıx meşələr, yaşıl sahələr və qumlu çimərliklərin təbii xüsusiyyətlərinin fərqlərini görə biləcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə