İllərin əfsanəvi brauzeri gələn il rəsmi şəkildə ləğv edilir

"Microsoft" şirkəti "Internet Explorer" brauzerinin fəaliyyətini 2021-ci il avqustun 11-də tamamilə ləğv edəcəyini açıqlayıb. SİA xəbər verir ki, uzun illərdir fəaliyyət göstərən brauzer artıq rəqabətə tab gətirə bilmir.

Şirkət bundan sonra bütün diqqətini digər brauzeri "Edge"nin inkişafına yönəldəcək.

"Microsoft" uzun müddətdir ki, "Internet Explorer"in fəaliyyətinə son qoymağa çalışır. Bu çərçivədə 2015-ci ildə digər brauzer "Edge"ni istifadəyə verib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə