"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb

"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

SİA xəbər verir ki, ABŞ, Braziliya, Hindistan, Rusiya və Avropanın bir sıra ölkələrindən istifadəçilər sosial şəbəkənin işi ilə bağlı şikayətlər edib.

Qeyd olunur ki, istifadəçilərin 53 faizi xəbər lentinin açılmasında, 31 faizi səhifələrinə daxil olmaqda, 15 faizi isə "storiz" funksiyasının işində çətinlik çəkdiklərini bildiriblər.

Bununla bağlı "Instagram" rəsmi açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə