Amerikalı astronavtlar iyun-iyul aylarında kosmosa iki çıxış həyata keçirəcəklər

Amerikalı astronavtlar Kristofer Kessidi və Robert Benken iyun-iyul aylarında Beynəlxalq Kosmik Stansiyasının (BKS) qöyərtəsindən açıq kosmosa iki çıxış həyata keçirəcəklər.

SİA xəbər verir ki, bu barədə NASA-nın rəsmi nümayəndəsi xəbər verib.

Daha əvvəl 2020-ci ildə bu proqram üzrə artıq üç belə çıxış baş tutub.

"Kristofer Kessidi və Robert Benkenin batareyaları əvəz etmək üçün ilk iki çıxışı 26 İyun və 1 İyul tarixlərinə planlaşdırılır", - nümayəndə deyib.

Bildirilir ki, batareyaların dəyişdirilməsi üçün ümumilikdə dörd çıxış tələb olunur. BKS-nın enerji təchizatı sistemi üçün altı yeni batareya stansiyaya Yaponiyanın "HTV-9" kosmik yük gəmisi vasitəsi ilə mayın sonunda çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə