Ayın ilk dəfə bütün səthini göstərən xəritəsi hazırlanıb - VİDEO

Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqatlar Mərkəzi (USGS) ilə NASA, Yerin səth formalarını ətraflı şəkildə xəritəsini çıxarıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

USGS və NASA-nın birgə işində ilk dəfə olaraq Ayın bütün səthi belə ətraflı şəkildə xəritələnir. Xəritənin gələcək Ay missiyalarında bir bələdçi olaraq istifadə ediləcəyi və elmi dünya üçün əvəzolunmaz bir dəyər olacağı açıqlanıb.
Apollonun Ay ekspedisiyalarında əldə etdiyi məlumatlar da xəritənin yaradılmasında istifadə edilib.

Daha əvvəl NASA-nın əlindəki xəritələr son dönəmdə Aya edilən peyk missiyalarından əldə edilən məlumatların da əlavə edilməsilə rəqəmsal xəritə yaradılıb.

Krater və qayalı səthi rəngli şəkildə ətraflı təsvir edilən Ayın yer quruluşu 1: 5,000,000 miqyasında hazırlanıb.
Xəritə internet üzərindən ziyarətçilər üçün açıq olacaq.

USGS direktoru Cim Reyli xəritənin NASA-ya gələcək missiyalarda kömək edəcəyini söyləyib. USGS-in geoloqu Corey Fortezzo xəritənin on illərlə davam edən işlərin bəhrəsi olduğunu söyləyib.

Qeyd edək ki, Yapon Kosmik Agentliyinin Kaguya missiyasından əldə edilən məlumatlar da Ayın detallı yer şəkillərini yaratmaq üçün istifadə edilib.

https://www.youtube.com/watch?time_continue=2&v=uoOfOoJOSpM&feature=emb_logo

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə