"İnternetə tələbat 2-3 dəfə artıb" EKSPERT RƏYİ-ÖZƏL

“Hazırda Azərbaycan interneti hədsiz dərəcədə yüklənib. Ölkədə internet təminatı ilə bağlı bütün rezevrlər, alternativlər işə salınıb”. Bu fikirləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, koronavirus pandemiyası nəticəsində Azərbaycanda tətbiq edilən karantin rejimi nəticəsində ölkə daxili tələbat bundan əvvəlki dövrlə müqayisədə təxminən 2-3 dəfə artıb.

Ölkəyə daxil olan internet trafikinin artdığını deyə ekspert söyləyib ki, müşahidələr göstərir ki, backbone və 2-ci səviyyəli provayderlər bütün resursları işə salıblar: “Belə məqamda isə internet infrastrukturu ilə əlaqəli hansısa adi bir problem də ciddi fəsadlar yaradır”.

O. Gündüzun fikrincə, Nəqliyyat və Rabitə Yüksək Texnologiyalar Nazirliyi və digər aidiyyatı qurumlar karantin müddətində Azərbaycan internetinin dayanıqlığını qorumaq üçün zəruri tədbirlər görməlidir: “Yeni alternativlər və rezervlər hazırlanmalı, rabitə qaydalarının qorunması və mühafizəsi üçün əlavə tədbirlər görülməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə