Rusiyada insanların koronavirus xəstələri ilə təmaslarından xəstəliyi aşkarlayan sistem hazırlanıb

Rusiya Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi tərəfindən insanların koronavirus xəstələri ilə təmaslarını izləyərək aşkar edən sistemin hazırlandığı bildirilir.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu sistemin hazırlanmasına Rusiyanın Baş naziri Mixail Mişustin təşəbbüs göstərib.

Sistem vətəndaşlara koronavirusa yoluxan xəstələrlə əlaqə qurduqları və buna görə də özünütəcrid etməsi barədə məlumat verir. Bu cür təmaslar haqqında məlumatların sonra regional əməliyyat qərargahına göndəriləcəyi bildirilir.

Nazirliyin mətbuat xidməti bununla bağlı heç bir açıqlama verməyib.

Xatırladaq ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov iddia edirdi ki, sözügedən sistemin hazırlanması vətəndaşların hüquqlarını qətiyyən pozmur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...