Azercell dünyanın mobil rabitə təminatçıları ilə bir sırada

Cəmiyyətin rəqəmsallaşmaslına doğru ən əhəmiyyətli addımlardan biri kimi bir neçə ay öncə Azercell-in ölkədə və cənubi Qafqazda ilk 5 G pilot şəbəkəsini istifadəyə verməsi olub. SİA xəbər verir ki, 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi Azercell-i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qəraralaşdırır.

Saniyyədə 1Gbt-ə qədər ötürmə və yükləmə sürətini mümkün edən pilot 5G şəbəkəsi artıq Fəvvarələr Meydanı və Nizami küçəsinin bir hissəsində təqdim edilib.

Abunəçilərə qüsursuz xidmət göstərilməsini hədəfləyən şirkət 2019-cu ildə ümumilikdə 6 milyona yaxın abunəçiyə xidmət göstərib. Bakı və Gəncə telefon mərkəzləri tərəfindən 4milyon 558 mindən artıq, Ön masa ofislərində 1 milyon 48 mindən artıq, Azercell-in rəsmi internet səhifəsi üzərindən onlayn çat vasitəsilə 106 mindən artıq, Sosial Media vasitəsilə 58 min-dən atıq abunəçiyə xidmət göstərilib.

Ötən il Azercell xaricə səyahət edən abunəçiləri üçün sərfəli internet xidmətini təklif edib. Aylıq Günlük Rominq İnternet Paketləri ölkə hüdudlarından kənarda olan hər bir Azercell abunəçiləri üçün mobil interneti daha əlçatan və rahat edib.

Azercell şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kobinet xidmətini təqdim edib. Bundan əlavə, nömrələrin sadə fiziki sim-paketlərə bağlılığı da tamamilə aradan qaldırılıb və nömrələrin satışı mərkəzləşdirilmiş www.azercellim.com onlayn bazasının köməyi ilə həyata keçirilib. Smartfonlar vasitəsilə rəqəmsal xidmətlərə doğan tələbatdan irəli gələrək Azercell ötən ildə əyləncə və səmərəli istifadə üçün ivi, Zvuk, Azercell Kids və Bookmate mobil tətbiqlərini Azercell xidmətlərinin çətrinin altında birləşdirdi.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...