10 milyon manatlıq texniki məhsul istehsal olunub

2020-ci ilin yanvar ayında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 10,1 milyon manatlıq məhsul istehsal olunub. SİA xəbər verir ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,2 dəfə artıb.

Ay ərzində əvvəlki ilin yanvar ayı ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,2 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqilləri isə 2,0 dəfə artıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...