Yaponiyada ödənişsiz avtobuslar fəaliyyətə başlayacaq

Tokionun yaxınlığında yerləşən Sakai şəhərində tezliklə ödənişsiz və avtomatlaşdırılmış avtobus marşrutu fəaliyyətə başlayacaq. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, həmin avtobus hərəkət zamanı xəstəxana, məktəb və digər bu qəbildən olan obyektləri birləşdirəcək.

Yaponiyada əhalinin sürətlə qocalması xüsusən kiçik yaşayış məntəqələrində nəqliyyatın hərəkətinin təşkilində problemlər yaradır. Bunu nəzərə alan İbaraki prefekturasının Sakai şəhər administrasiyası "SB Drive" şirkəti ilə birlikdə belə bir sistemin tətbiq edilməsi barədə qərar qəbul edib. Ümumi tutumu 11 nəfər üçün nəzərdə tutulan həmin avtobusların apreldən hərəkətə başlaması və şəhər daxilində 5 kilometr uzunluqda dairəvi yol boyunca hərəkət etməsi nəzərdə tutulur.

Qeyd edək ki, sürücü oturacağının və rolun olmadığı həmin avtobuslar məsafədən idarə ediləcək. Bununla yanaşı, avtobuslarda hərəkəti izləyən və fövqəladə vəziyyət yaranacağı təqdirdə idarəetməni öz üzərinə götürən nəzarətçi də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...