Yaponiyanın “Toyota” şirkəti nasazlıq səbəbindən 3,4 milyon avtomobili geri çağırıb

Yaponiyanın "Toyota Motor Corp" şirkəti təhlükəsizlik yastıqlarının qəza zamanı açılmaması ilə bağlı elektron nasazlığı səbəbindən 3,4 milyon avtomobili geri çağırdığını açıqlayıb. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, şirkətin açıqlamasına görə, geri çağırış ABŞ-da olan 2,9 milyon nəqliyyat vasitələrinə şamil edilir. Bunlar "Corolla" (2011-2019-cu illər), "Matrix" (2011-2013-cü illər), "Avalon" (2012-2018-ci illər) və "Avalon Hybrid" (2013-2018-ci illər) modelləridir. Bildirilir ki, bu avtomobillərdə elektrik müdaxiləsinə qarşı kifayət qədər müdafiəyə malik olmayan elektron idarəetmə bloklayıcısı quraşdırılıb ki, bu da qəza hallarında təhlükəsizlik yastıqlarının düzgün işləməməsinə səbəb ola bilir. Bununla əlaqədar "Toyota"nın avtomobil servis mərkəzlərində mütəxəssislər belə hallara qarşı xüsusi mühafizə quraşdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə