WhatsApp-ın yeni xüsusiyyətini təqdim etməyə hazırlaşır

Apple iOS 13 və Android isə Android 10 yenilənməsində qaranlıq rejimə rəsmi olaraq dəstək olmağa başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sistemə qaranlıq rejim əlavə edildikdən sonra, bu rejim tətbiq inkişaf etdiriciləri tərəfindən də mənimsənilməyə başlanıb.

Twitter, Messenger və İnstaqram kimi məşhur tətbiqetmələr qaranlıq rejimə sürətli bir yeniləmə alıb.
Ancaq WhatsApp üçün bu dəstək hələ mövcud deyildi.
Whatsapp zaman-zaman Beta versiyalarında qaranlıq rejimi sınaqdan keçirmiş, lakin bu versiyadan istifadəni bir anda dayandırmışdı.
Bu gündən etibarən WhatsApp bu xüsusiyyət üçün işini sürətləndirib və qaranlıq rejim tətbiqetməyə qısa zamanda tətbiqetməyə daxil ediləcəyi xəbərləri istifadəçiləri həyəcanlandırıb.
WhatsApp qaranlıq rejimdə dəstəklənməsini 2 fərqli şəkildə təklif edəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə