Dünyada hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı növbəti 20 ildə iki dəfə artacaq

Dünyada hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı növbəti 20 ildə iki dəfə artacaq. SİA xəbər verir ki, bu barədə məlumatı Alman Aviasiya və Kosmonavtika Mərkəzi yayıb. Mərkəzin məlumatına görə, reyslərinin sayının artması, aşağı büdcəli aviaşirkətlərin çoxalması və sərnişin təyyarələrinin tutumunun böyüməsi gələcəkdə sərnişin artımını daha da sürətləndirəcək. 2016-cı ildə rəsmi statistikaya əsasən, dünyada təxminən 4 milyard sərnişin təyyarə ilə səfərə çıxsa da, 2040-cı ildə bu göstərici 9,4 milyarda çatacaq. Reyslərin sayı isə hazırda 35,5 milyondan təxminən 53 milyona yüksələcək. Proqnozlara əsasən, təyyarələrin sərnişin tutumu da gələcəkdə artacaq. Hazırda hər uçuşda bir təyyarədə orta hesabla 111 sərnişin səfərə çıxırsa, 20 il sonra sərnişinlərin sayı orta hesabla 179 nəfərə çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə