Azərbaycanda "Xiaomi" smartfonlarının satışı digər smartfonları üstələyib

Bu ilin iyul ayında Azərbaycan mobil qurğuları bazarında "Samsung"un bazar payı iyun ayı ilə müqayisədə 3,4 faiz bəndi artıb. SİA-nın "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, avqustun 1-nə "Samsung"un ölkə üzrə bazar payı 58,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 0,7 faiz bəndi çoxdur. Populyarlığına görə "Samsung" ölkənin mobil qurğuları bazarında birinci yeri tutur. Cari ilin iyul ayında "Xiaomi" şirkətinin daxili bazar üzrə məhsullarının payı 4,2 faiz bəndi azalıb. Bu göstərici avqust ayının 1-nə olan məlumata görə 12,1% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 2,2 dəfə çoxdur. İyul ayının nəticələrinə görə, "Xiaomi" Azərbaycanın mobil cihazları bazarında ilk dəfə olaraq "Apple"-ı qabaqlayaraq ikinci yeri tutub. 3-cü yerdə bazar payı 11,7% olmaqla "Apple" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı iyul ayı ərzində 9,2 faiz bəndi azalıb. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici təxminən 13,4 faiz bəndi çoxdur. Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 3,6%, naməlum (əsasən Çin mənşəlli) istehsalçıların mobil cihazları – 2,76%, LG – 1,89%, "Nokia" – 1,59%, "Lenovo" – 1,48%, HTC – 1,02%, "Alcatel" – 0,85% və s.

Bütün xəbərlər Facebook səhifəmizdə