9 populyar Xiaomi smartfonu sentyabrda artıq dəstəklənməyəcək

...Xiaomi, ömrünün sonuna çatan cihazların (EOL) siyahısını genişləndirdiyini elan edib.

SİA-nın məlumatına görə, XiaomiTime portalı xəbər verir ki, siyahıya doqquz smartfon modeli əlavə edilib.

Beləliklə, 2025-ci ilin 6 və 23 sentyabr tarixindən etibarən cihazlar istehsalçıdan dəstək almayacaq.

Bu qərar həm büdcə modellərinə, həm də orta səviyyəli cihazlara və keçmiş illərin qabaqcıl həllərinə təsir göstərir.

Bu qadcetlərə Redmi A1, A1+, Poco C50, Xiaomi 11T, 11T Pro, Mi 11 Lite 5G NE, Mi 11 LE, Poco M5 və Redmi 11 Prime 4G daxildir.

Əvvəllər bu smartfonlar əsasən təhlükəsizlik yamaları alırdı, lakin sentyabr ayından etibarən hər hansı yeniləmələrin buraxılması həmişəlik dayandırılacaq.

Bu cür tədbirlər Xiaomi-nin adətən təxminən 3 il dəstək müddəti olan cihazları üçün həyat dövrü siyasətinə uyğundur. Dəstəyin sonu rəsmi proqram təminatı yeniləmələrinin və təhlükəsizlik yamaqlarının tam dayandırılması deməkdir ki, bu da istifadəçinin qorunmasına və cihazın işinə təsir göstərə bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə