“Lada Iskra” Çin avtomobilləri ilə rəqabət aparacaq..?

...FRESH avtomobil bazarının kommersiya direktoru Yevgeni Jitnuxin bəyan edib ki, “Lada Iskra” qaçılmaz olaraq Çin avtomobili Changan Alsvin-ə rəqib olacaq.

...Hər iki avtomobil eyni sinifə aiddir və oxşar xüsusiyyətlərə malik olsa da, lakin Changan avtomatik transmissiyaya malikdir.

SİA-nın məlumatına görə, o əlavə edib ki, yeni rus modeli böyük ehtimalla Changan Alsvin-dən daha sərfəli olacaq, baxmayaraq ki, komponentlər daha az zəngin ola bilər. Həmçinin, Geely-nin Rusiyadakı ən qənaətcil sedanı olan Geely Emgrand, “Lada Iskra”-ya yaxın xüsusiyyətlərə malik olsalar da, amma rus maşınından bahalıdır.

Daha cəlbedici dizayna malik yeni Çin modellərinin ortaya çıxması rəqabəti gücləndirə bilər.

Jitnuxin vurğulayır ki, “Lada Iskra”-nın uğuru montajın keyfiyyətindən, istifadənin asanlığından və rus motoristlərinin üstünlüklərindən asılı olacaq.

...Pragmatika diler şəbəkəsinin kommersiya direktoru Aleksandr Şaprinski hesab edir ki, “Lada Iskra”-nın öz qiymət seqmentində Çin brendləri arasında rəqibi yoxdur. Mövcudluğu və texniki xüsusiyyətləri sayəsində bu model xalq avtomobilinə çevrilmək üçün hər cür şansa malikdir. İstehlakçılar ehtiyat hissələrinin mövcudluğunu və bütün Rusiya ərazisində xidmət imkanlarını nəzərə alaraq, çox güman ki, yeni modellə özünü sübut etmiş Lada markasına üstünlük verəcəklər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə