16 yaşlı Endrikin atası “Real Madrid”ə keçəcəyi ilə bağlı şayiələr fonunda oğlunun gələcəyi ilə bağlı danışıb. Ötən gün İspaniyada “Real Madrid”ın “Palmeyras”la danışıqlara başladığı və vunderkindlə yaxın günlərdə müqavilə bağlaya biləcəyi xəbəri yayılıb.
Fabrizio Romanodan sitat gətirən Endrikin atası Duqlas, “indiyə qədər nə “Real Madrid”lə, nə də digər klublarla heç bir razılaşma olmadığını deyib.
Hazırda heç bir seçimimiz yoxdur. Hər şey yaxın aylarda həll olunacaq. “Palmeyras”ın istəyini təmin edəcək, həmçinin Endrik üçün texniki baxımdan ən yaxşı layihəni təklif edəcək klub sonda onunla müqavilə imzalayacaq. Bunu da gənc futbolçunun atası deyib.
Yeri gəlmişkən, Endrikin gələcəkdə dünyanın ən güclü oyunçularından birinə çevrilə biləcəyinə inanan “Barselona” da 16 yaşlı braziliyalını öz heyətində görmək istəyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB