"Barselona" iki gənc braziliyalı üçün böyük təkliflər hazırlayır

“Barselona” Braziliya futbolunun yüksələn ulduzları - Andrik və Vitor Roke uğrunda mübarizədə rəqiblərini qabaqlamaq əzmindədir.

Hər iki futbolçuya “mavi qranat”ın andlı rəqibi "Real Madrid" də iddialıdır.

Jurnalist Xorxe Nikolanın sözlərinə görə, “Barselona” 2023-cü ilin yanvarında gənc istedadların alınmasına ciddi sərmayə qoymağa hazırdır.

“Palmeyras”da çıxış edən 16 yaşlı Andrikin qiymətini “Transfermarkt” 15 milyon avro qiymətləndirib. “Atletiko Paranaense”dən 17 yaşlı Vitor Rokeni portal mütəxəssisləri 7 milyon avroya qiymətləndirib. Hər iki oyunçu irəli mövqedə oynayır, həm də hücumun cinahlarında iştirak edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə