"Oyun zaman çatışmayan cəhədləri aradan qaldıracıyıq" - QURBAN QURBANOV

"Hər iki komanda da həyəcan var idi. Lakin düşünürəm ki, bu hal normaldır. Çünki komandalar bir-birini yaxşı tanımırdı. Çox yaxşı komandaya qarşı oynayırdıq".

SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ" futbol komandasının məşqçisi Qurban Qurbanov bildirib.
Baş məşqçinin sözlərinə görə, komandaya qarşı bir sıra hücumları olub: "Əvvəlcədən də, futboçularıma səbrli olmalarını bildirirdim. Düşünürəm ki, komanda müdafiə də düzgün oynadı. Çalışacıyıq ki, cavab oyununda uğurlu nəticə əldə edək. Mən oyunçularımdan razı qaldım. Azərkeşlər hər bir halda möhtəşəm idilər. Hər rəqibə qarşı bir və ya iki bizim hücum kombinasiyalarımız olur ki, ondan istifadə edirik. Biz nəyi yaxşı bacarırıqsa hər zaman ondan maksimum istifadə edirik. Oyun zamanı nələr çatışmırdısa, düzəltməyə çalışacıyıq. Hər bir rəqibin öz üstün cəhəti var. Təbii ki, boşluqlar hər zaman olur. Gələn oyun əlimizdən gələni etməyə çalışacıyıq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə