"Qarabağ" yeni transfer edəcəkmi?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov transfer planları haqda danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 1-ci turunda "Səbail"lə matçdan (3:1) sonra keçirilən mətbuat konfransında yeni transfer etmək ehtimalı olduğunu söyləyib:

"Yeni transfer etmək ehtimalımız var. Dayanmamışıq, baxırıq, danışıqlar gedir. İmkan olduğu qədər transfer etməyə çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə