"Lokomotiv"in yeni baş məşqçisi açıqlandı

"Lokomotiv"in yeni baş məşqçisi açıqlandı

Rusiyanın "Lokomotiv" klubunun yeni baş məşqçisi bəlli olub.

SİA Qol.az-a istinadən xəbər verir ki, komandanı Zaur Xapov çalışdıracaq.Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

58 yaşlı mütəxəssis bu vəzifədə Markus Gisdolu əvəzləyib. Xapov 2016-cı ildən "Lokomotiv"də qapıçılar üzrə məşqçi işləyib.

Qeyd edək ki, "Lokomotiv" 37 xalla Rusiya Premyer Liqasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə