Azərbaycan Super Liqasında çıxış edən “Azərreyl” və UNEC voleybol komandaları Voleybol Federasiyasına müraciət ünvanlayıblar.
SİA-nın məlumatına görə, məlumatda bildirilib ki, hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yaranıb. Həkim məsləhətinə görə bu oyunçular bir müddət məşq proseslərindən kənar qalmalıdırlar: “Bunu nəzərə alaraq, Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan VIII turun oyunları “Azərreyl” – “Abşeron” və UNEC – “Murov başqa tarixə dəyişdirilsin”.
Bu müraciət əsasında Azərbaycan Super Liqasının VIII tur oyunları təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB