Qış Olimpiya oyunlarına olan maraq hədsiz dərəcədədir - İDMANÇI MÜNASİBƏT BİLDİRDİ

“Qış Olimpiya oyunları mənim idman sahəmə aid olmasa da, idmana olan sevgim nəticəsində yenə də izləyirəm”. Bu sözləri SİA-ya açıqlamasında futbolçu Tural Rzayev bildirib.

Onun sözlərinə görə, bu oyunlar çox gözəl tərtib edilib: “Demək olar ki, bütün dünya ölkələrin də Qış Olimpiya Oyunlarına olan marağı hədsizdir. Lakin təəssüflər olsun ki, bizim ölkəmizdə bu sahə bir az geridədir və inkişaf etmir. Ümid edirəm ki, gələcəkdə Azərbaycanda da, Qış Olimpiya Oyunları üzrə sahələrimiz inkişaf edəcək və daha yaxşı səviyyəyə çatdırılacaq. İnşaallah, gələcək illərdə Qış Olimpiya Oyunlarında yerli idmançılarımız tərəfindən və daha çox nümayəndə ilə təmsil olunarıq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə