“Fənərbaxça”dan Cedric Bakambu bombası

"Fənərbaxça"da Cedric Bakambu sürprizi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, konqolu ulduzun meneceri “Fənərbaxça” rəhbərliyi ilə əlaqə qurub, ulduz oyunçunu kluba təklif edib. Menecer telefon zəngində klub rəsmilərinə: "Bakambunun “Guoan” ilə müqaviləsi ilin sonunda bitəcək. Ancaq transferi məqbul bir transfer ödənişi ilə başa çatdıra bilərik", deyib.

Bu təklifdən sonra "Fənərbaxça" rəhbərliyi "Yeni baş məşqçimiz hələ dəqiq deyil. Təklifinizi qiymətləndirəcəyik. Müəllimimiz dəqiqləşən kimi onunla məsləhətləşib qərarımızı çatdıracağıq", cavabını verib.

2018-ci ildə 40 milyon avroluq transfer qiyməti ilə “Vilyareal”dan Çin Liqa komandalarından olan “Guoan”a keçən Cedric Bakambu 2014-2015-ci illər arasında "Bursaspor" da oynayıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə