“Mançester Siti” “Sauthempton”u darmadağın edib

“Mançester Siti” “Sauthempton”u darmadağın edib

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü turun bir oyunu keçirilib.

SİA xəbər verir ki, təqvimin önə çəkilmiş oyununda “Mançester Siti” doğma meydanda “Sauthempton”la münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşma kifayət qədər məhsuldar alınıb. Belə ki, “şəhərlilər” 7 qolun qeydə alındığı bu oyunda darmadağına seviniblər.

Bu qələbə sayəsində xal hesabını 68-ə çatdıran “Mançester Siti” zirvədəki mövqeyini daha da möhkəmləndirib. “Sauthempton” isə 33 xalla 14-cü sırada qərarlaşıb.

İngiltərə Premyer Liqası

33-cü turun oyunu

10 mart

Mançester Siti – Sauthempton 5:2

Qol: De Breyne, 15; 59. Mahrez, 40; 55. İ.Gündoğan, 45+3 - Uord-Prouz, 25-pen. Adams, 56.

Bütün xəbərlər Facebook səhifəmizdə