Sierra Leonedə "Makkari" komandasının 9 futbolçusu və 1 məşqçisi yol qəzası nəticəsində vəfat edib.
SİA-nın məlumatına görə, hadisə Bombali bölgəsində baş verib.
Batkanu şəhərindən Makeniyə qayıdan komandanın yer aldığı mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Ölənlərdən əlavə, 20-dən çox oyunçu hadisə nəticəsində xəsarət alıb. Onların bəzilərinin vəziyyəti ağırdır.
FIFA və ali futbol qurumunun prezidenti Canni İnfantino dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə