BOK prezidentliyinə seçkilər keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidentliyinə seçkilər videokonfrans yolu ilə keçiriləcək.

SİA-nın qurumun rəsmi saytına istinadən məlumatına görə, bu barədə təşkilatın rəhbəri Tomas Bax keçirdiyi mətbuat konfransında açıqlayıb.

Qeyd olunub ki, COVID-19 pandemiyasının dünya miqyasında yayılması səbəbindən BOK Afinada martın 10-12-də baş tutacaq iclası onlayn şəkildə keçirməyə qərar verib.

Xatırladaq ki, ötən ilin iyulunda T.Bax təşkilatın 136-cı iclasında yeni müddətə prezident seçilməklə bağlı qərarını elan edib. Qarşıdakı seçkilərdə təşkilatın prezidentliyinə yeganə namizəd T.Bax olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə