“Liverpul”la “Tottenhem” xal itirdi, “Arsenal” yenə uduzdu

“Liverpul”la “Tottenhem” xal itirdi, “Arsenal” yenə uduzdu

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

Lider “Tottenhem” “Kristal Pelas”la səfər oyununda xal itirib. Son çempion “Liverpul” da “Fulhem”lə səfər matçından 1 xalla ayrılıb. Son dövrlər uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Arsenal” isə bu dəfə “Bernli”ylə ev oyunundan məğlub ayrılıb.

“Sauthempton” “Şeffild Yunayted”i, “Lester” də “Brayton”u darmadağınla məğlub edib.

İngiltərə Premyer Liqası

12-ci tur

13 dekabr

Sauthempton – Şeffild Yunayted 3:0

Qol: Adams, 34. Artmstronq, 62. Redmond, 83.

Kristal Pelas – Tottenhem 1:1

Qol: Şlupp, 81 – Keyn, 23.

Fulhem – Liverpul 1:1

Qol: Reyd, 25 – Salah, 79-pen.

Arsenal – Bernli 0:1

Qol: Obameyanq, 73-öz qapısına.

Lester – Brayton 3:0

Qol: Meddison, 27; 44. Vardi, 41.

11 dekabr

Lids – Vest Hem 1:2

Qol: Klix, 6-pen – Souçek, 25. Oqbonna, 80.

12 dekabr

Vulverhempton – Aston Villa 0:1

Qol: El-Qazi, 90+4-pen.

Nyukasl – Vest Bromviç 2:1

Qol: Almiron, 1. Qayle, 82 – Furlonq, 50.

Mançester Yunayted – Mançester Siti 0:0

Everton – Çelsi 1:0

Qol: Siqurdsson, 22-pen.

Bütün xəbərlər Facebook səhifəmizdə