AVRO-2020-nin Bakıdakı oyunlarına qeydiyyat başladı

AVRO-2020-nin Bakıdakı oyunlarına qeydiyyat başladı

Bu gündən etibarən futbol üzrə Avropa çempionatının Bakı Könüllülər Proqramının yeni qeydiyyat mərhələsinə start verilib.

SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yaşı 18-ə çatmış və daha öncə AVRO-2020 üçün qeydiyyat müraciəti etməmiş şəxslər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.

https://euro2020.affa.az/az/volunteers/

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə