Eddi İsrafilovun ehtiiyatda qaldığı matçda komandası məğlubiyyətə üzülüb

Futbol üzrə İspaniya 2-ci liqasında 40-cı turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Elçe” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Albasete” hazırda 46 xalla 22 iştirakçı arasında 20-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...