FIFA-dan futbolçuların müqavilələri və "transfer pəncərələri" ilə bağlı yeni qaydalar

FIFA koronavirusa görə futbolçuların müqavilələri və "transfer pəncərələri" ilə bağlı yeni qaydaları açıqlayıb.

SİA qurumun rəsmi saytına istinadən xəbər verir ki, milli çempionatlarda "transfer pəncərələri"nin bağlanma və açılma vaxtlarının dəyişdirilməsinə icazə verilib. "Transfer pəncərələri"nin dəqiq vaxtı daha sonra açıqlanacaq.

Bundan başqa, sözləşməsi 2020-ci ilin iyun ayında başa çatacaq futbolçular və məşqçqilərlə müqavilənin çempionat bitənədək uzadılacağı bildirilib.

Mövsümlər və qeydiyyat tarixləri üst-üstə düşdükdə və tərəflər razılığa gələ bilmədikdə milli liqaların başa çatmasını təmin etmək üçün üstünlük futbolçuların hazırda çıxış etdikləri klublara verilməlidir.

Həmçinin, FİFA oyunçuları və klubları maaşların azaldılması ilə bağlı razılığa gəlməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...