Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində bu gün növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, millimiz Xorvatiyanın Osiek şəhərindəki “Qradski vrt Arena”da Rusiya yığması ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Görüşü italiyalı hakimlər - Alessandro Malfer, Angelo Galante və Chiara Perona idarə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB