Jr.NBA Azərbaycan Liqası təşkil olunacaq

Bu gün NBA və ABF, Azərbaycanda 12-14 yaşlı məktəbli oğlan və qızlar arasında Jr. NBA Basketbol Liqasının yaradılması ilə əlaqədar əməkdaşlığın başlanmasına dair tədbir keçirilib. NBA (Amerikanın Milli Basketbol Assosiasiyası) və ABF (Azərbaycan Basketbol Federasiyası) arasında saziş imzalanıb. Saziş əsasında Junior NBA Azərbaycan Liqasındakı yarışda 12-14 yaşlı məktəbli oğlan və qızlardan ibarət 30 komanda mübarizə aparacaq. Komandalar NBA klublarının adlarını daşıyacaq və həmin klubların formasında çıxış edəcəklər.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov Jr.NBA Azərbaycan Liqası ilə bağlı olaraq öz fikirlərini bildirib:

- “ 75 ölkədən 50 milyondan artıq uşaqları cəlb edən bu layihə artıq, bu gün Azərbaycandadır. Çox şadıq ki, Jr.NBA liqasında azərbaycanlı qızlar və oğlanlar da çıxış edə biləcəklər. Həqiqətən də inanırıq ki, bu ölkəmizdə basketbolun inkişafına böyük təkan verəcək. Mövcüd olan maddi-texniki bazalarımız və 45 ədəd olimpiya komplekslərimiz idmanın basketbol növündəki yüksəlişi nə tam şəkildə imkan verir”.

Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd etdi ki, “Futboldan sonra ən kütləvi idman növü olan basketbola Təhsil Nazirliyi sistemində də çox diqqət yetirilir. İdmanın kütləviliyinə diqqət yetirilməsi ilə bağlı dövlətimizn başçısı cənab İlham Əliyevin fikirlərini əsas tutaraq Təhsil Nazirliyi uşaqlar və yeniyetmələr arasında oyun idman növlərinin keçirilməsinə üstünlük verir”.

Yeni layihənin açılışına həsr edilmiş təqdimat mərasimi və mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə:

-“Olimpiya idman növü olan basketbolun inkişafı Azərbaycan Milli Olimpiya Komitəsinin də marağındadır. Belə ki, 2016-cı ildə Bakı İdman Sarayında Beynəlxalq Olimpiya Komitəsinin layihəsi olaraq fəalıiyyət göstərən “Olympic Moves” məktəblilərin kütləvi idman proqramı çərçivəsində Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilmişdir”- deyə bildirib.

Mərasimdə fəxri qonaq kimi NBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Xesus Bueno Paskual əməkdaşlığın milli basketbolçularımızın üzə çıxarmaq imkanlarından danışdı. O qeyd etdi ki, Jr. NBA liqsı uşaları ilhamlandırmaq üçün nəzərdə tutulub: "Həmçinin basketbolun tədris edilməsi üçün istifadə olunur. Bu il Jr. NBA liqası dünya səpkisində öz fəaliyitələri ilə 60 milyon uşağı əhatə edəcək. Liqanın Azərbaycanda fəaliyyətə başlamasından sonra uşaqlar komandalarda yarışacaqlar və yekunda onlar qalib olduğunda NBA çempionu adını qazanacaqlar”.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib ki, üç gün əvvəl basketbol ulduzu Kobe Brayantın faciəvi ölüm xəbəri milyonlarla digər pərəstişkarı kimi məni də dərindən kədərləndirdi. Tədbirin əvvəlində də onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdiyiniz üçün hər birinizə öz təşəkkürümü bildirirəm. bu gün burada Jr.NBA Azərbaycan Liqasının yaradılması basketbolun hələ də dünyada populyalıq qazanmasının bir göstəricisidir. O, basketbolun 2 milyard azarkeşi ilə dünyada ikinci ən məşhur idman növü olduğunu və dünyada milyonlarla insanın basketbol oynadığını vurğulayıb.

Litzenberger gələcəkdə NBA liqasında Azərbaycan idmançılarının da adına rast gəlinəcəyinə ümid etdiyini qeyd edib: “Biz çox şadıq ki, Azərbaycanda bu liqa yaradılır. Azərbaycanda baskebolun inkişafına dəstək göstərdiyimiz üçün çox şadıq”.

Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov:

-“Bu gün basketbol idman növünün zirvə standartlarına qədəm qoyuruq. Yəni ki, 12-14 yaşlı məktəblilərə müntəzəm şəkildə basketbol oynamaq imkanı yaradılır. Peşəkar şəkildə təlim məşqləri, yarışlar və liqa oyunları gənc basketbolçular yetişdirərək onlara uğurlu gələcək vəd edir”- deyərək Jr.NBA Liqasının keçirilməsi vasitəsilə ölkədə uşaq basketbolunun inkişafına töhfə vermək və Azərbaycanda Basketbol federasiyası ilə tərəfdaşın olunmasından məmunluq hissi duyudğunu qeyd edib.

Fotolar: Nigar Vəlili

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə