“Tata Steel Chess 2020” festivalının VIII və XII turları keçiriləcək

Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” şahmat festivalında Azərbaycan təmsilçiləri Rauf Məmmədov və Aydın Süleymanlı növbəti partiyalarını keçirəcəklər. SİA-nın məlumatına görə, festivalın “Tata Steel Chalangers” turnirində mübarizə aparan R. Məmmədov on ikinci turda özbəkistanlı Nodirbek Abdosattorovla qarşılaşacaq.

“Tata Steel Qualifer” turnirində iştirak edən gənc şahmatçımız Aydın Süleymanlı isə səkkizinci tur çərçivəsində niderlandlı Fred Slingerlandla mübarizə aparacaq. Ötən turların nəticəsinə görə, R.Məmmədov 5,5 xalla yeddinci, A.Süleymanlı 4 xalla dördüncü pillələrdə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə