“Sumqayıt” Futzal Məktəbində seçim xarakterli məşqlər davam edir. SİA-nın məlumatına görə, dünən saat 18:00-da Sumqayıt Olimpiya Kompleksində keçirilən məşqdə 30-a yaxın gənc futzalçı iştirak edib. Nəzərinizə çatdıraq ki, futzal məktəbinə seçimlər hələ bir müddət davam edəcək. Məşqlər həftənin 1-ci, 3-cü və 5-ci günləri saat 18:00-19:30 arasında Sumqayıt Olimpiya Kompleksində baş tutur.
Qeyd edək ki, "Sumqayıt" Futbol akademiyasının aşağı yaş qrupları da həftədə bir dəfə olmaqla futzal məşlərində iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB