UEFA Türkiyə millisinə qarşı intizam işi açdı

UEFA Türkiyə millisinin Avro-2020-nin seçmə mərhələsində Albaniya (1:0) və Fransa (1:1) ilə matçlarda qol sevincini əsgər salamı ilə qeyd etməsi ilə bağlı intizam işi açıb. "Hürriyət" qəzetinin yazdığına görə, qitənin ali futbol qurumu Almaniya və Fransanın müraciətindən sonra qurum bu addımı atıb. UEFA-nın bununla bağlı Türkiyə Futbol Federasiyasını xəbərdar etdiyi, məsələ ilə bağlı izahat istənildiyi vurğulanıb.

Qeyd edək ki, türk futbolçular Albaniya və Fransa ilə görüşlərdə vurduqları qoldan sonra Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə