Azərbaycanın yeniyetmə şpaqaçıları Macarıstanın paytaxtı Budapeştdə keçirilən “European Cadet Circuit Championships” turnirində iştirak ediblər.
SİA-nın məlumatına görə, yeniyetmə oğlanların şəxsi yarışında Raul Aruslanov 6 görüşdən 2-ni qalib başa vurmaqla pley-off mərhələsinə yüksəlməyi bacarıb. İdmançımız bu mərhələdə İtaliya şpaqaçısı Villiam Davidə 5:15 hesabı ilə uduzub. Qrup mərhələsində 2 qələbə qazanan Nazilə Rəhimova şpaqaçıların şəxsi mübarizəsində pley-offda ukraynalı Polina Kleşovaya 6:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 1-də qalib gələn Alfiya Abdinova və Azərin İdriszadə isə mübarizəni erkən dayandırıblar.
N.Rəhimova, A.Abdinova və A.İdriszadədən ibarət kollektiv şpaqaçıların komanda yarışında Rusiyanın 3-cü komandasına 26:45 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB