Şeydayev hər iki oyunda uduzdu

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Krılya Sovetov” klubu ötən gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirib.

SİA xəbər verir ki, Samara təmsilçisi günün birinci yarısında Çexiyanın “Banik” klubu ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub. Şeydayev qarşılaşmanın 30-cu dəqiqəsində meydana daxil olub.

Günün ikinci oyununda Rusiya klubu Xorvatiya "Hayduk"u ilə qarşılaşıb. Samara təmsilçisi bu görüşdə də uduzub - 1:2. Ramil qarşılaşmanın 60-cı dəqiqəsində meydana daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə