Türkiyənin "Rizəspor" klubunda baş məşqçi dəyişikliyi olub. Klubun saytında yer alan məlumata görə, Superliqa təmsilçisi Okan Burukla yolları ayırıb. Ötən ilin sentyabrından Qaradəniz klubunu çalışdıran mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib. Klub prezidenti Hasan Kartal Türkiyə mətbuata açıqlamasında yeni baş məşqçinin adını söyləyib. O, İsmayıl Kartalla anlaşdıqlarını bildirib.
Qeyd edək ki, "Rizəspor" Superliqada mövsümü 11-ci pillədə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB