Eddi İsrafilov zədələnib

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan və iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq, bu oyunlara hazırlığını Bakıda davam etdirən Azərbaycan millisinin heyətində dəyişiklik olub. SİA-nın məlumatına görə, klubunun son matçında zədələnən və həkim müayinəsinin nəticəsinə əsasən 4 həftə oynamayacaq Eddi İsrafilov millinin toplanışında iştirak edə bilməyəcək.

Komandaya əlavə futbolçu dəvət olunmyacaq və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə