Avropa Liqasının kuboku Moskvada nümayiş etdirilir

Avropa Liqasının kuboku Moskvada nümayiş etdirilir

Futbol üzrə UEFA Avropa Liqasının kuboku Moskvada keçirilən “MITT 2019” – Moskva Beynəlxalq Turizm Sərgisində nümayiş etdirilir. AFFA-nın saytında yer alan xəbərə görə, Azərbaycanın turizm potensialının və yeni turizm məhsullarının da təqdim olunduğu sərgidə bu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması ilə bağlı xüsusi stend quraşdırılıb.

Stenddə UEFA Avropa Liqasının finalı ilə bağlı digər məlumatlarla yanaşı, nümayiş etdirilən UEFA Avropa Liqasının kuboku azarkeşlərin böyük marağına səbəb olub. Hazırda kubokun sərgiləndiyi “MITT 2019” sərgisi martın 14-dək fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə