Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək. SİA-nın məlumatına görə, "ağ-qaralar" Çexiyanın "Slovan" (Liberets) klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Qeyd edək ki, bu, "Neftçi"nin Antalyada 2-ci sınağı olacaq. Paytaxt klubu yanvarın 18-də Rumıniya təmsilçisi "Qaz Metan"ı 3:0 hesabı ilə məğlub edib.
Yoxlama oyunu
23 yanvar
16:30. "Neftçi" (Azərbaycan) – "Slovan" (Liberets, Çexiya)
Antalya
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB