"Çelsi"nin futbolçusu "Bavariya"ya keçir?

"Çelsi"nin futbolçusu "Bavariya"ya keçir?

"Çelsi"nin yarımmüdafiəçisi Kallum Hadson-Odoi "Bavariya"ya keçməyə yaxındır. "Sky Sports"un yaydığı xəbərə görə, Münhen klubu 18 yaşlı oyunçu üçün tələb olunan 35 milyon funt sterlinqi (təqribən 39 milyon avro) ödəməyə razılıq verib. Qeyd edək ki, Xadson-Odoinin London təmsilçisi ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır. İngilis oyunçu bu ay klub rəhbərliyindən onu "Bavariya"ya buraxmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə